“Evdən tək çıxan kimi, üzgöz qoymurlar” Gəlmə olduğu üçün döyülən Şəmkir sakini qisasını bıçaqla aldı –


Digərləri 13 Sen 2018 17:16:00 326 0

“Evdən tək çıxan kimi, üzgöz qoymurlar”  Gəlmə olduğu üçün döyülən Şəmkir sakini qisasını bıçaqla aldı –

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Tovuzun Alakol kənd sakini 42 yaşlı Azər Məmmədov Şəmkir sakini Elşən Ələsgərovla mübahisə edib və bu zaman Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Elşən qisas almaq üçün evindən bıçaq götürərək onu döyən Azər Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb. 

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Azər Məmmədovun vəziyyəti ağır, Elşən Ələsgərovun isə orta-ağırdır.


Xəbərə aid fotolar