Bu ilki iyul ayı son 1015 ilin ən fərqli iyulu oldu


Digərləri 13 Sen 2018 16:56:00 384 0

Bu ilki iyul ayı son 1015 ilin ən fərqli iyulu oldu

Azərbaycanda son 10-15 ildə yay fəslinin təhlil olunsa, anomal isti hava şəraiti daha çox avqust ayında müşahidə edilib, bu il isə avqust deyil, iyul ayı bu baxımdan fərqlənib.

Son.az bildirir ki, bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Ümumdünya Meteorologiya Təşkilatının yaydığı məlumata əsasən, şimal yarımkürəsində 2018-ci ilin yay fəsli son onilliklərdə qeydə alınan anomal isti illərdən biri kimi tarixə düşdü:

"Hidrometeoroloji avtomat stansiyalardan daxil olan məlumatların təhlili göstərir ki, Azərbaycanda bu il iyun ayı anomal isti keçib, ay ərzində 20 gün ərzində havanın temperaturu iqlim normasını aşıb. İyun ayı ərzində havanən temperaturu 4 gün normadan aşağı olub, 6 gün isə norma daxilində olub. İyun ayının 27-30-da bu fərq 6-7,7 dərəcə təşkil edib. Həmin günlər sutkalıq rekord göstəriciləri yenilənmiş, bəzi aran rayonlarında, Naxçıvan MR-da və Abşeronda maksimal temperatur 42 dərəcəyədək yüksəlmişdir".