Metyu Brayza: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir"


Siyasət 13 Sen 2018 16:40:00 281 0

Metyu Brayza: "Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir"

"Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini qaytarmaq istəmir".

Son.az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Metyu Brayza deyib.

M.Brayza hesab edir ki, Amerika Erməniləri Milli Komitəsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını istəmir: "Çünki bu, həmin təşkilatın donorlardan pul cəlb etmək imkanını azaldacaq".

Diplomat bildirib ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə 4 qətnaməsinin yerinə yetirilməsini təmin etməlidir.

XİN: Ermənistanın Azərbaycana qarşı başladığı müharibə 27 ildir ki davam edir Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edilməsi haqqında qərar qəbul edib.