Məhkəmə valideynlərini döyən narkomana 6 il cəza verdi


Digərləri 13 Sen 2018 16:00:00 217 0

Məhkəmə valideynlərini döyən narkomana 6 il cəza verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valideynlərini döyməkdə təqsirləndirilən Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində valideynlərini döyməkdə təqsirləndirilən Natiq Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Piriyev 6 il azadlıqdan məhrum edilib.