Sosial layihə iştirakçılarına ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub


Digərləri 13 Sen 2018 15:41:00 302 0

Sosial layihə iştirakçılarına ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub

Sentyabrın 13-də Qubadakı Heydər Əliyev Mərkəzində "ASAN xidmət" mərkəzinin könüllülərinin iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin siyasi kursu, azərbaycançılıq və dövlətçilik ideologiyası təbliğ olunub. Görüş, həmçinin region gənclərinin təcrübə imkanlarının, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətinin təşviqi məqsədi ilə təşkil edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov, ARB Televiziyasının Xəbərlər Departamentinin redaktoru, Bakı Dövlət Universitetinin dosenti Aynur Nəsirova, Milli.az xəbər portalının əməkdaşı İlkin İzzət peşə fəaliyyətləri dövründə ölkə daxilində və xaricində ulu öndər Heydər Əliyevin səfərlərində və görüşlərində jurnalist kimi iştiraklarından söz açaraq, xatirələrini bölüşüblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti, əlamətdar tarixi hadisələr, dövlət quruculuğu, gənclərin dünyagörüşünün və sosial-ictimai fəallığının artırılması ilə bağlı faydalı məlumatlar verilib, müzakirələr aparılıb.


Xəbərə aid fotolar