Boks çempionunu vurub öldürən Babək Həsənov tərcüməçini də ölümlə təhdid edir


Digərləri 13 Sen 2018 15:31:00 264 0

Boks çempionunu vurub öldürən Babək Həsənov tərcüməçini də ölümlə təhdid edir

Məşhur boksçu Serqey Laşenkonun qətlində ittiham olunan Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Məhkum noyabrın 16-na kimi istintaq təcridxanasında saxlanılacaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Son.az virtualaz-a istinadən xəbər verir ki, zərərçəkmişin qanuni nümayəndəsi Marina Laşenko məhkəməyə bildirib ki, B.Həsənov tərəfindən tərcüməçiyə və ailəsinə təzyiqlər olunduğundan yenə prosesə gəlməyib: "Həsənov tərcüməçini hədələyir. Tərcüməçi də öz həyatı və ailəsinin həyatı üçün ehtiyat edir. Amma bunu açıq şəkildə bildirmək istəmir".

Təqsirləndirilən B.Həsənov isə zərərçəkmişin dediklərini iftira adlandırıb və faktı sübut etməsini tələb edib. Üzünü proses iştirakçılarına tutan B.Həsənov heç vaxt belə bir şey olmadığını bildirib.

Zərərçəkmişin vəkili Yuliya Qavrilyuk da məhkəmə iclasına qatılmayıb. M.Laşenko Həsənov tərəfindən hədələnən vəkilinin vəsatətini məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatətində Həsənovun onu və ailəsini hədələdiyini, Ukrayna dilini tərcüməçidən yaxşı bilməsini dediyini, ona qarşı çıxanların üstünə "kislota" atacağı haqda audio yazıların cinayət işinə əlavə olunmasını xahiş edib.

Vəkil vəsatətində anket məlumatlarında B.Həsənovun Beynəlxalq humanitar universitetdə oxuduğu göstərilsə də, özü heç yerdə, hətta Azərbaycanda da oxumadığını bildirib.