2018ci ildə Azərbaycana turların sayı 322% artıb FOTO


Digərləri 13 Sen 2018 15:14:00 240 0

2018ci ildə Azərbaycana turların sayı 322% artıb  FOTO

Entoni Burdenin Azərbaycana səfərinə qadağa niyə qoyulmuşdu? Çünki o, Dağlıq Qarabağa səfər etmişdi. Mən isə Dağlıq Qarabağda heç vaxt olmamışam...

Bu regionu tanımayan şəxslər üçün deyək ki, Dağlıq Qarabağ mübahisəli "qaynar" regiondur. Bu bölgə hüquqi baxımdan Azərbaycan ərazisi olsa da, Ermənistan tərəfindən işğal edilib. 1988-ci ildə orada gərginlik pik həddə çatıb. 1992-ci ildə bu gərginlik Ermənistanla Azərbaycan arasında müharibəyə çevrilib. Nəticədə təxminən 25 min insan həyatını itirib və Ermənistan bölgəni işğal edib. Lakin Dağlıq Qarabağ beynəlxalq birlik tərəfindən bu gün də Azərbaycan ərazisi kimi tanınır. Sadəcə, hazırda orada ermənilər yaşayır.

Azərbaycan xaricilərin bu regiona Bakının icazəsi olmadan səfər etməsinə qarşıdır və bunu açıq ifadə edir. Bu bölgəyə Bakının icazəsi olmadan səfər etmiş 700 nəfərin adı Azərbaycanın "qara siyahı"sındadır. Odur ki, nə vaxtsa Azərbaycana səfər etmək fikriniz varsa, Burdenin yolu ilə getməyin.

Beləliklə, əksər xarici Dağlıq Qarabağa səfər etməkdən çəkinir. Əvəzində, turistlərə Azərbaycanın digər bölgələrinə - Bakıya, Lahıca, Şəkiyə və s. səfər etmək təklif olunur. Bəs adını bu vaxtadək eşitmədiyimiz bu ölkəni cəlbedici edən nədir? İlk növbədə vizanı ucuz və sadə yolla əldə etmək imkanı. 2017-ci ilin yanvarınadək bu proses indiki kimi asan və ucuz deyildi. Həmin vaxt Azərbaycana getmək üçün dəvət məktubu tələb olunur, vizanın qiymətisə təxminən 130 dollar idi.

Bu gün Azərbaycana bir girişli elektron turist vizası 24 dollardır. Onu hökumət saytı vasitəsilə asanlıqla almaq mümkündür. Turistlər Azərbaycana 3 iş günü ərzində viza əldə, bununla da səyahətə yollana bilir. Elektron viza almaq prosesi çox asandır. Əlinizdə elektron vizanın surəti olmazsa, miqrasiya xidməti sizə problem yarada bilər.

Beləliklə, bu gün asan elektron viza sayəsində Azərbaycana daha çox turist səfər edir. Ölkənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ötən il bildirmişdi ki, digər illərə nisbətdə ölkəyə gələn turistlərin sayı 21% artıb.

Şəxsən mənim nisbətən az tanınan Azərbaycana diqqətimə Burdenin ölkəyə girişinə qadağa qoyması haqda xəbərlər, həmçinin yeni elektron vizanın yaxşı mənada hay-küy yaratması çəkmişdi. Son illərdə dəyişikliklərin yaşandığı bu ölkəyə səfər etmək qərarına gəlmişdim. Və artıq bunun vaxtı idi...

2017-ci ildə "Intrepid Travel" şirkətinin Azərbaycana səfər etmək istəyən müştərilərinin sayı 2016-cı illə müqayisədə düz 322% artıb. Buraya xüsusilə, Şimali Amerikadan olan müştərilər aiddir.

Tur variantlarını araşdırdıqdan sonra "Intrepid Travel" şirkətinin Azərbaycan və Gürcüstana 10 günlük turunu seçdim. "Intrepid Travel" ölkədaxili turlar təşkil edən azsaylı şirkətlərdəndir. Onun beynəlxalq müştərilərinin 132%, ayrıca olaraq Şimali Amerikadan olan müştərilərinin 200% artması məhz bununla bağlıdır.

Bu turla Azərbaycanın paytaxtı Bakıda, həmçinin ölkənin Lahıc və Şəki kimi bölgələrinə getmək mümkündür.

Beləliklə, oraya səfərdən sonra Azərbaycanın zəngin tarixə malik olduğunu öyrəndim. Orada dünyanın ən qonaqpərvər sakinləri olan azərbaycanlılarla tanış oldum. Azərbaycana ya Avropa, ya da Asiya ölkəsi demək mümkün deyil. O, həm qədimdi, həm də müasir. Bu gün o, dünyada öz yerini tapmağa çalışır. Bu, Sovet İttifaqından 1991-ci ildə ayrılaraq müstəqilliyini elan etmiş ölkə üçün anlaşılandır.


Xəbərə aid fotolar