Hollivud ulduzları əfsanənin filminə çəkilirlər FOTO


Digərləri 13 Sen 2018 15:18:00 346 0

Hollivud ulduzları əfsanənin filminə çəkilirlər  FOTO

Əsl ad və soyadı Alfredot Ceyms Paçino olan məşhur aktyor, Hollivudun canlı əfsanəvi Al Paçino yeni filmə çəkilir.

Son.az TMZ-yə istinadən bildirir ki, 78 yaşlı aktyor kult kinorejissor Kventin Tarantinonun "Once Upon A Time In Hollywood" ("Bir dəfə Hollivudda") lentində baş rollardan birini oynayır.

Aktyor Beverli-Hillsdəki "İl Pastio" restoranından çıxarkən reportyorların kameralarına "hədəf" olub. Bu restoran ABŞ-ın şou-biznes ulduzları arasında çox populyardır.

Filmdə Al Paçino aktyor Rik Daltonun agenti rolundadır. Dalton rolunda isə Leonardo Di Kapriodur.

"Bir dəfə Hollivudda" filmində hadisələr 1969-cu ildə Los-Ancelesdə baş verir. Lent televiziya vesternlərinin qəhrəmanı Rik Daltondan və onun dublyoru Kliff Butdan bəhs edir. Bred Pitt isə But rolunda çəkilir.

Daltonla But 1970-ci illərin əvvəlindəki Amerikaya, "hippilər aləmi"nə uyğunlaşmağa çalışırlar. Aktyorun qonşusu isə rejissor Roman Polanskinin arvadı Şeron Teytdir.


Xəbərə aid fotolar