Roza Zərgərli İTVdən getdi


Şou-biznes 13 Sen 2018 15:09:00 520 0

Roza Zərgərli İTVdən getdi

"Bakı vaxtı ilə" verilişinin yeni mövsüm anonsu yayımlanıb.  Son.az baku.ws-ə istinadən xəbər verir ki, veriliş sentyabr ayından ATV-də efirə gedəcək. Tədbirlərin birində kameramıza tuş gələn verilişin müəllifi və aparıcısı, müğənni Roza Zərgərli məlumatı təsdiqləyib: "Verilişim bu mövsüm sentyabrın 22-də, saat 23:00-da start götürəcək. "Bakı vaxtı ilə" yenidən baxdıqca baxılan ATV-də yayımlanacaq. Bu dəfə də görkəmli sənətkarlar haqqında danışacağıq, amma bu mövsüm daha maraqlı olacaq. Verilişdə bir çox gizli məqamlar ortaya çıxacaq: dəyərli sənətkarların yolunu kəsənlər, onları səhnədən uzaqlaşdırmaq istəyənlər, mane olanlar və s. Hər kəsi "Bakı vaxtı ilə" verilişini izləməyə dəvət edirəm". Qeyd edək ki, sözügedən veriliş ötən mövsüm İTV-də yayımlanırdı. 

Son.az