Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur


Digərləri 13 Sen 2018 14:40:00 240 0

Azərbaycan sərnişin və yük daşımaları sahəsində regionun lideri statusunu doğruldur

Bu gün Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib.

Bakı. Bu gün Bakıda “Azərbaycan Hava Yolları”nın 2018-ci ilin 8 ayı üzrə fəaliyyətinin yekunları və payız-qış mövsümünə hazırlığı üzrə müşavirə keçirilib. “Azərbaycan Hava Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, müşavirədə yaxın gələcək üçün vəzifələr və perspektivlər müzakirə olunub. Qeyd olunub ki, sərnişin daşımaları sahəsində prioritet vəzifələrə Bakıdan Tokio, Dehli, Şanxay, Çjençjou, Banqkok, Seul, Kuala-Lumpur, Amsterdam, Vyana, Roma, Əmman, Karaçi, Qahirə, Düşənbə və digər iri şəhərlər kimi yeni istiqamətlərin açılışı daxildir. AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Manizadə çıxışında qeyd edib ki, son illər ərzində aviaşirkət göstəricilərini xeyli artırıb və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Bu il AZAL nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusunu doğruldub və Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət adlandırılıb. Gələn ildən başlayaraq aviaşirkətin donanmasına yeni nəsil “Boeing 737 MAX” təyyarələrinin əlavə olunması onun marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək. Öz növbəsində, “Buta Airways” (AZAL QSC-nin struktur bölməsi) aşağıbüdcəli aviaşirkətinin direktoru Nazim Səmədov bildirib ki, uçuşların birinci ili ərzində loukosterə həm yerli əhali, həm də xarici turistlər tərəfindən yüksək tələbat olub. Bu yaxınlarda loukoster iki yeni istiqamətə - Alanya və İzmirə yeni reyslər açıb. Təyyarə parkının genişlənməsi ilə – yaxın vaxtlarda iki yeni “Embraer 190” təyyarəsinin gətirilməsi gözlənilir – bu istiqamətdə işlər davam etdiriləcək. “Azərbaycan Hava Yolları”nın prezidenti Cahangir Əsgərov öz yekun çıxışında vurğulayıb ki, AZAL, “Buta Airways” və “Silk Way Airlines” aviaşirkətləri yaxşı artım dinamikası göstərir və hab formalaşdıran həlqə kimi bu şirkətlərin fəaliyyəti nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımaları sahəsində regionun şəriksiz liderinə çevrilib.