Banka basqın edən şəxsin şikayəti rədd edildi


Digərləri 13 Sen 2018 14:41:00 206 0

Banka basqın edən şəxsin şikayəti rədd edildi

Bakı Apellyasiya Məhkəməsində banka basqın etməkdə təqsirləndirilərək həbs olunan 1967-ci il təvəllüdlü Nazim Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Apellyasiya Məhkəməsində banka basqın etməkdə təqsirləndirilərək həbs olunan 1967-ci il təvəllüdlü Nazim Məmmədovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılsa da, təmin edilməyib. Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.