Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub


Digərləri 13 Sen 2018 14:33:00 253 0

Azərbaycan ilə Bolqarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov ölkəmizdə səfərdə olan Bolqarıstan Müdafiə Nazirliyinin İkitərəfli Əməkdaşlıq və Regional Təşəbbüslər İdarəsinin rəisi xanım Daniela Qriqorovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Son.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə regional təhlükəsizlik məsələləri müzakirə olunub, ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri və əlaqələrin genişləndirilməsi istiqamətində görüləcək birgə tədbirlər nəzərdən keçirilib.