Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”


Dünya 13 Sen 2018 14:35:28 239 0

Koçaryan: “Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm”

Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı hədələyib.

Son.az modern.az-a istinadən xəbər verir ki, yerli saytlardan birinə müsahibə verən eks-prezident baş naziri öz düşməni adlandırıb.

"Siyasi proseslərdən danışarkən belə terminlərdən isitfadə etməzdim. Amma Paşinyanı mənə ilişdiyinə görə peşman edəcəm. Düşünürəm ki, hakimiyyətin qorxutduğu birinici instansiya məhkəməsinin hakimi mənə o qədər nifrət etmirdi ki, prosesi gecə 01:30-da təyin etsin. Bunun kimə lazım olduğunu bilirəm".