Azərbaycanlı alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxundu


Digərləri 13 Sen 2018 14:24:00 321 0

Azərbaycanlı alimin evindən 1 milyon manata yaxın oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, X.Zeynalova zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın (Kəngərli) Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyib.

Cinayət işi materiallarında X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi mənzildən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.