Bakıda sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artıb


Digərləri 13 Sen 2018 13:53:00 211 0

Bakıda sinir sistemi xəstəlikləri ilə əlaqədar təcili tibbi yardıma müraciətlərin sayı artıb

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin statistikası açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərin statistikası açıqlanıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 8 ayı ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 486 722-dən artıq ümumi müraciət daxil olub. Bu müraciətlərdən 43 220 nəfəri xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 57 670, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 7 833 olub ki, bu rəqəmdə də artım qeydə alınıb. Bu müddət ərzində reanimasion tədbirlərin görülməsi nəticəsində çox ağır vəziyyətlərdən çıxarılaraq həyatı xilas edilən xəstələrin sayı 2 100 nəfərdən çox olub. Qeyd edilən müddətdə ürək-qan damar xəstəlikləri ilə bağlı müraciətlərin sayı 101 098, hospitalizasiya 8 768, miokard infarktı ilə müraciətlərin sayı 689, hospitalizasiya 649, insultla müraciətlərin sayı 2 541, hospitalizasiya 2 220 olub. Keçən ilin 8 ayı ilə müqayisədə insultla bağlı müraciətlərin sayında artım müşahidə olub.