Park Cinemada “Yırtıcı” filminin premyerası keçirildi FOTO


Digərləri 13 Sen 2018 13:34:00 247 0

Park Cinemada “Yırtıcı” filminin premyerası keçirildi  FOTO

Park Cinema Flame Towers kinoteatrında "Yırtıcı" filminin premyerasına 2 gün qalmış qapalı nümayişi baş tutub.

Son.az bildirir ki, tədbirdə KİV nümayəndələri, media əhli, blogerlər, aktyorlar, prodüser və rejissorlar iştirak ediblər.

Kinoteatrın qonaqları filmin ilk tamaşaçılarından olub. Qapalı nümaişdən əlavə, qonaqlar Park Cinemanın və sponsorların dəstəyi ilə təşkil etdiyi furşetdən zövq alıblar. Furşetdən DJ AKG tərəfindən təşkil olunan musiqidən, fotosessiyadan və məzəli söhbətlərdən zövq almış qonaqlar birbaşa İMAX zalına, filmi izləməyə yollanıblar.

Film "20th Century Fox" studiyası tərəfindən çəkilmiş bir sıra fantastik filmlərinin davamıdır. Filmin rejissoru Shane Black, "Dəmir Adam 3" filminin rejisoru olub və 1987-ci ildə ilk "Yırtıcı" filmində özü çəkilib.

Sikvelin baş qəhrəmanı keçmiş dənizçidir. O, yer üzündə pis niyyətli əcnəbi irqi məxluqları aşikar edir. Lakin bu məxluqların mövcud olduğuna heç kim inanmır. Gözlənilməz anda onun oğlu Yırtıcı ilə döyüşün əsas qəhramanına çevrilir. Uşaq dilləri çox tez öyrəndiyinə görə əcnəbi varlıqları başa düşə bilir.