Baş nazirin müavini: Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil


Digərləri 13 Sen 2018 13:04:00 204 0

Baş nazirin müavini: Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil

Türkiyə-Azərbaycan birliyini heç vaxt pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil.

Bakı. İlhamə İsabalayeva - "Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılması heç də təsadüfi deyil. Bununla dünyaya bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdiririk. Bu birlik sarsılmazdır". Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib. O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var: "Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıblar. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil". Ə.Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub: "Bu, bizə deməyə əsas verir ki, bu birliyi bundan sonra da pozmaq mümkün olmayacaq. Çünki bu birlik ötəri, təsadüfi mənafelər, münasibətlər üzərində deyil, möhkəm münasibətlər üzərində qurulub, keçmiş və gələcəyin birliyindən qaynaqlanır". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin