Azərbaycan Beynəlxalq Bankından Payız krediti kampaniyası


Digərləri 13 Sen 2018 12:48:00 356 0

Azərbaycan Beynəlxalq Bankından Payız krediti kampaniyası

Azərbaycan Beynəlxalq Bankı payız fəslinə özəl yeni kredit kampaniyası elan edib. Bu kampaniyanın əsas üstünlüyü ondan faydalanmaq istəyən müştərilərə geniş seçim imkanı yaratmasındadır. Belə ki, kampaniya çərçivəsində nağd pul kreditini bankdan indi alıb, əsas borcun aylıq ödənişlərinə üç ay sonra başlamaq mümkündür. Yaxud bunun əvəzinə kredit faizlərində 2% endirimi seçmək olar. 

Bu iki fürsətin hər hansı birindən Azərbaycan Beynəlxalq Bankının bütün maaş kartı sahibləri faydalana bilər. Pensiya kartı sahibləri üçün isə kampaniya çərçivəsində kreditlər mövcud faizlərə 2% endirimlə, həm də komissiyasız təqdim ediləcək.

Kampaniyanın digər özəllikləri: •  Kreditin məbləği - 20.000 manatadək •  Kreditin müddəti - 60 ayadək •  İllik faiz dərəcəsi -  2% endirimlə, 23%-dən başlayaraq •  Kredit 5000 manata qədər olduqda - ZAMİNSİZ •  Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ Kampaniya 10 oktyabra qədər davam edəcək.