Real Neymarın atası ilə danışıqlara başlayıb


İdman 13 Sen 2018 12:45:00 251 0

Real Neymarın atası ilə danışıqlara başlayıb

Real Madrid PSG-nin hücumçusu Neymarı transfer etməkdə israrlıdır.

Goal.az xarici KİV-lərə istinadən xəbər verir ki, Madrid klubu braziliyalı oyunçunu gələn yay almaq üçün artıq onun atası ilə danışıqlara başlayıb.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2022-ci ilin iyununda başa çatır.