Dəliməmmədli stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)


Digərləri 13 Sen 2018 12:42:00 231 0

Dəliməmmədli stansiyasında yeni yoldəyişənlər quraşdırılır (FOTO)

Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır.

Bakı. Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. "Azərbaycan Dəmir Yolları QSC"dən Trend-ə verilən məlumata görə, hazırda Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.