AMEA prezidenti: "Bakının azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir"


Digərləri 13 Sen 2018 11:51:10 284 0

AMEA prezidenti: "Bakının azad edilməsi Azərbaycan tarixinin ən şanlı hadisələrindəndir"

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin araşdırılması üçün kifayət qədər işlər aparıblar və həmin dövrlə bağlı yeni faktlar üzə çıxarıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edildiyini deyən A.Əlizadə bildirib ki, AXC-nin Azərbaycan tarixində müstəsna rolu var: "Bu cümhuriyyətin yaranması dünyaya bir Azərbaycan dövlətinin yarandığını elan edib və tarixə öz adını həkk etdirib".