Azərbaycan Turizm Şurasının tərkibində dəyişiklik edilib


Siyasət 13 Sen 2018 11:32:45 206 0

Azərbaycan Turizm Şurasının tərkibində dəyişiklik edilib

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi"ndə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir kİ, fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

"Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Turizm Şurasının tərkibi"ndə "İnam Kərimov" sözləri "Ülvi Mehdiyev" sözləri ilə əvəz edilsin.