Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu


Digərləri 13 Sen 2018 11:30:00 260 0

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ölkə lideri oldu

I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu.

Bakı. 2018/2019-cu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Prezidentin Sərəncamına əsasən tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Prezident təqaüdünə layiq görülmüş tələbələrin ali məktəblər üzrə sayı məlum olub. Prezidentin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanına uyğun olaraq I ixtisas qrupu üzrə Prezident təqaüdünə layiq görülmüş 26 tələbə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi oldu. Bu göstərici BANM-ı ölkə universitetləri arasında Prezident təqaüdçülərinin sayına görə lider edib. Prezident təqaüdçülərinin sayına görə ali məktəblərin statistikasını sizə təqdim edirik. № Ali Məktəbin adı nəfər 1 Bakı Ali Neft Məktəbi 26 2 Azərbaycan Tibb Universiteti 24 3 Azərbaycan Dövlət İqtisad Universiteti 18 4 Bakı Dövlət Universiteti