Tanınmış rejissor vəfat etdi


Kriminal 13 Sen 2018 11:15:00 393 0

Tanınmış rejissor vəfat etdi

Tanınmış teatr rejissoru Ədalət Ziyadxanov vəfat edib. Son.az baku.ws-ə istinadən xəbər verir ki, bu barədə əməkdar artist Elxan Rza sosial şəbəkə hesabında məlumat verib. Qeyd edəki ki, Ə.Ziyadxanov 1946-cı ildə Bakıda anadan olub. Uşaqlıqdan sənətə meyl edib. Əvvəllər Şəki Teatrında rejissor, Ağdam Teatrında baş rejissor işləyib.  "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.  Ə.Ziyadxanovun Bakı Bələdiyyə teatrında səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının Qızıl fondunda saxlanılır. Allah rəhmət eləsin!

Son.az 


Xəbərə aid foto