Arvadını hamamda sevgilisi ilə tutdu


Dünya 13 Sen 2018 10:16:00 338 0

Arvadını hamamda sevgilisi ilə tutdu

Türkiyənin Zonguldak rayonunun Ereğli qəsəbəsində arvadını evdə bir başqasıyla yaxaladıqdan sonra onu döyən Soner U.-nun polisə verdiyi ifadəsi yayılıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, Soner "Bayram məni görüncə əlimə doğru təpik atdı və sağ çeçələ barmağım çox ağrıdı. Mən də taxta parçası ilə özümü qorudum" deyib.

Soner U. ifadəsində qonşularının Bayramı evinin ətrafında tez-tez gördüyünü, xəbər ona çatınca, izləyib, məsələni aydınlaşdırmağa çalışdığını bildirib:

"8 illik evliyik. Arvadımın başqa bir kişi ilə münasibətinin olduğunu hiss etdim. Bizim qonşu kənddə yaşayan Bayram son bir neçə aydır tez-tez mənim yaxınlığımda dolanır, son zamanlar çox qarşıma çıxırdı. Şenay telefonunu koda qoymuşdu və hara getsə telefonunu özü ilə aparırdı. O səhər saat 07.25- radələrində işə getmək üçün evdən çıxdım. Bayram mənim qarşımdan maşını ilə keçdi. Mən də dərhal şübhələnərək dostum Turgay və arvadımın qardaşı Sezerə zəng edərək, mənim evimin yanına gəlməklərini istədim.


Xəbərə aid fotolar