“Sentyabrın 17dən etibarən havanın temperaturu düşəcək”


Digərləri 13 Sen 2018 10:05:00 252 0

“Sentyabrın 17dən etibarən havanın temperaturu düşəcək”

Sentyabr ayının 17-dən etibarən Azərbaycanda havanın temperaturu günü-gündən aşağı enməyə başlayacaq.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

O deyib ki, hazırda ölkə ərazisində iqlim normasından yuxarı temperatur müşahidə olunur: "Ümumiyyətlə sentyabr ayının ötən dövründə havanın temperaturu iqlim norması daxilində olub, ayrı-ayrı günlərdə normadan 1-2 dərəcə yuxarı qalxıb. Lakin ayın ikinci ongünlüyünün ikinci yarısında, yəni sentyabr ayının 17-dən başlayaraq Abşeron yarımadasında şimal küləyinin sürəti bir qədər artacaq".