Bakı Nəqliyyat Agentliyindən sürücülər üçün fleşmob (VİDEO)


Digərləri 13 Sen 2018 10:09:46 193 0

Bakı Nəqliyyat Agentliyindən sürücülər üçün fleşmob (VİDEO)

Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fleşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib.

Bakı. Nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan, dayanma-durma qaydalarını pozan sürücülərin maarifləndirilməsi işləri davam etdirilir. Bu çərçivədə fleşmob hazırlanıb. Trend-in məlumatına görə, Bakı Nəqliyyat Agentliyinin kollektivinin iştirak etdiyi fleşmobda sürücülərə dayanma-durma qaydalarına əməl etməyin vacibliyini bildirən şüarlar nümayiş etdirilib. Fleşmob iştirakçıları nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində, pandusların üzərində, səkilərdə eləcə də qadağan edilən digər yerlərdə park etməyərək, bununla da digərlərinə nümunə olduqlarını bildiriblər.