“PAŞA Bank” kiçik və orta biznes üçün yeni xidmət - hesablama-kassa əməliyyatları üzrə tarif paketləri təqdim edir


Digərləri 13 Sen 2018 10:00:00 251 0

“PAŞA Bank” kiçik və orta biznes üçün yeni xidmət - hesablama-kassa əməliyyatları üzrə tarif paketləri təqdim edir

Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” kiçik və orta biznes üçün yeni xidmət – biznes hesablama-kassa əməliyyatları üzrə rahat və səmərəli xidmət həyata keçirməyə imkan verən tarif paketləri tətbiq edib

Bakı. Azad Həsənli - Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” kiçik və orta biznes üçün yeni xidmət – biznes hesablama-kassa əməliyyatları üzrə rahat və səmərəli xidmət həyata keçirməyə imkan verən tarif paketləri tətbiq edib. Bunu Trend-ə müsahibəsində bankın kiçik və orta bizneslə iş departamentinin direktoru Aleksandr Qolovko deyib. Onun sözlərinə görə, bu cür praktika Türkiyə, Ukrayna, Rusiya və digər Şərqi və Qərbi Avropa ölkələrinin bank biznesində fəal tətbiq olunur: “Tarif paketləri müştərilərin bankla işini daha da rahatlaşdıracaq və gündəlik bank xidmətləri xərclərini optimallaşdırmağa imkan verəcək. Bu yanaşmanın bazar üçün yeniliyini nəzərə alsaq, mobil operatorların təqdim etdiyi xidmətlərlə müqayisə aparmaq olar. Abunəçi öz tələblərinə uyğun olaraq bir neçə tarif paketindən birini seçir. Paketlərdən hər birinə müəyyən xidmət növləri daxildir və onlar elə qruplaşdırılıb ki, sahibkar özü üçün ən uyğun variantı seçə bilər. Hər bir paketin müəyyənləşdirilmiş qiyməti var ki, bu da biznesə öz xərclərini planlaşdırmaq imkanı verir”. Bu mərhələdə “PAŞA Bank” müştərilərinə beş tarif paketi təqdim edir: “Klassik”, “Elektron”, “Biznes”, “Aktiv” və “Premium”. Tariflərin qiyməti ayda 10 manatdan başlayır. Tariflərin fərqindən danışan A.Qolovko qeyd edib ki, “Klassik” tarifi ən sadə və kütləvi tarifdir. Bu, bank xidmətlərindən fəal şəkildə istifadə etməyən müştərilər üçün nəzərdə tutulub. “Elektron” paketi ödənişlərdən fəal istifadə edən müştərilər üçün sərfəli təkliflər təqdim edir. “Biznes” paketi “Klassik” paketə bənzəyir, lakin daha geniş əməliyyat həcmi ilə fərqlənir və daha inkişaf etmiş biznes üçün nəzərdə tutulub.