Novruz Məmmədovdan daha bir qərar:


Digərləri 13 Sen 2018 09:18:00 266 0

Novruz Məmmədovdan daha bir qərar:

Nazirlər Kabineti "Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi Qaydası"nda dəyişikliklər edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, xüsusi təyinatlı telekommunikasiya şəbəkələri qurularkən, onların həm fövqəladə vəziyyətdə və bundan sonra həm də hərbi vəziyyətdə dayanıqlı işləmələri üçün ehtiyat hissələr nəzərdə tutulmalıdır.