Ağsuda ev yandı, bir nəfər öldü


Digərləri 13 Sen 2018 09:18:59 233 0

Ağsuda ev yandı, bir nəfər öldü

Ağsu rayonunda ev yanıb.

Bakı. Ağsu rayonunda ev yanıb. FHN-dən Trend-ə verilən məlumata görə, ümumi sahəsi 30 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 1974-cü il təvəllüdlü Mürsəlov Mübariz Möhtərəm oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.