ABŞda saxlanılan miqrant uşaqların sayı beş dəfə artıb


Dünya 13 Sen 2018 08:48:00 272 0

ABŞda saxlanılan miqrant uşaqların sayı beş dəfə artıb

ABŞ sərhədini qanunsuz keçən və müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilən miqrant uşaqların sayı 2017-ci ilin mayından 5 dəfə artıb və 2018-ci ilin sentyabrında 12,8 min nəfərə çatıb. Ötən il Amerika saxlanma mərkəzlərində 2,4 min miqrant uşaq olub.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABŞ Konqresinin üzvləri üçün hazırlanan və hazırda onun sərəncamında olan hesabata istinadən "The New York Times" qəzeti yazıb.