Ən populyar proqramlaşdırma dilləri


Digərləri 13 Sen 2018 08:21:00 322 0

Ən populyar proqramlaşdırma dilləri

"TIOBE Software" şirkəti proqramlaşdırma dillərinin yeni reytinqini dərc edib.   Son.az ICTnews-a istinadən bildirir ki, məlumat üçün bildirək ki, "TIOBE" (TIOBE programming community index) indeksi proqramlaşdırma dilinin adından ibarət axtarış sorğularının nəticələrinin hesablanması yolu ilə tərtib edilir.   Əvvəlki kimi, dünyada ən populyar proqramlaşdırma dili "Java" (17,436%) olaraq qalır. C proqramlaşdırma dili (15,447% ilə) ikinci yeri tutur. "Python" proqramlaşdırma dili (7,653%-i) yeni reytinqdə 5-ci pillədən 3-cü pilləyə yüksələ bilib, "C++" (7,396%) isə 4-cü yerə enib. Ötən il reytinqdə 8-ci yeri tutan "Visual Basic .NET" proqramlaşdırma dili bu il ilk beşlikdə qərarlaşıb.