Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər


Digərləri 13 Sen 2018 08:03:00 278 0

Yaşıllıqların uçotu barədə məlumat verməyənlər cərimələnəcəklər

Milli Məclisin (MM) 2018-ci il payız sessiyası ilə bağlı parlamentin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən ilk iclasında dörd məsələ gündəliyə daxil edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunlar komitənin MM-in yaz və növbədənkənar sessiyaları ilə bağlı hesabatı, payız sessiyası üçün qanunvericilik işləri planı, "Yaşıllıqların mühafizəsi haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri nəzərdə qanun layihələridir.   Qeyd edək ki, dəyişikliklər uyğunlaşdırma xarakterlidir.

"Yaşıllıqların mühafizəsi haqqında" qanunun 11.0.2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə, yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə bələdiyyələrdən məlumat hüququ təsbit olunsun.