Azərbaycanda uzunömürlülər daha çox hansı


Digərləri 13 Sen 2018 08:04:00 185 0

Azərbaycanda uzunömürlülər daha çox hansı

Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, institutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir.

İnstitut direktoru qeyd edib ki, ölkədəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər:

"Uzunömürlülər fenomendilər. Onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Belə ki, son tədqiq etdiyimiz kişi uzunömürlülərin demək olar ki, əksəriyyəti Böyük Vətən Müharibəsinin ilk günlərindən sonadək döyüşənlərdir".

U.Həşimova əlavə edib ki, ölkədə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var:

"İlk öncə onlarda adaptiv-kompensator mexanizmlər güclü olur. İkinci səbəb irsi faktor, üçüncü səbəb ekoloji faktor və yaşam tərzidir. İrsi və ekoloji faktorlar adətən bir-birini şərtləndirir. Belə ki, uzunömürlülük ancaq qənaətbəxş ekoloji mühitdə nəsildən-nəslə ötürülür. Uzunömürlülərdə reproduktiv mərhələ xeyli uzun sürür. Məsələn, Lerik rayonunun dəniz səviyyəsindən 1600 m hündürlikdə yerləşən Qosmalyan kəndində yaşayan 96 yaşlı Müslüm Feyziyevin 8 yaşlı oğlu var idi".