Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib


Digərləri 13 Sen 2018 07:56:00 247 0

Ağdaş sakini dəmir parçası ilə həmyerlisinə ağır xəsarət yetirib

Ağdaş şəhər sakini küt alətlə endirilən zərbə nəticəsində xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 1948-ci il təvəllüdlü yerli sakin Çingiz Əzizov rayonun mərəkəzi bazarı önündə 1966-cı il təvəllüdlü həmyerlisi Hacıyev Mənsur Çərkəz oğlu ilə mübahisə edib.

Bu zaman o, M.Hacıyevin qarın nahiyəsinə dəmir parçası ilə daxilə nüfuz edən xəsarət yetirib.

M.Hacıyev ətrafdakı insanlar tərəfindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.