Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?


Digərləri 13 Sen 2018 07:44:48 242 0

Azərbaycanda uzunömürlülər daha çox hansı xəstəliklərdən əziyyət çəkirlər?

Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyası Fiziologiya İnstitutu ölkədəki uzunomürlülərin sağlamlığı ilə bağlı vəziyyəti dəyərləndirib. İnstitutun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova Trend-ə bildirib ki, tədqiq etdikləri uzunömürlülərdə alsheymer xəstəliyi qeydə alınmayıb. Bu da uzunömürlülərin beyin fəaliyyətinin qorunub saxlanmasından xəbər verir. İnstitut direktoru qeyd edib ki, ölkədəki uzunömürlülər daha çox görmə və eşitmə üzvlərinin xəstəliklərindən əziyyət çəkirlər: "Uzunömürlülər fenomendilər. Onlarda stressə davamlılıq çox yüksək səviyyədədir. Belə ki, son tədqiq etdiyimiz kişi uzunömürlülərin demək olar ki, əksəriyyəti Böyük Vətən Müharibəsinin ilk günlərindən sonadək döyüşənlərdir". U.Həşimova əlavə edib ki, ölkədə uzunömürlülərin çox yaşamasının bir neçə səbəbi var: