Gömrükçülərimiz Ermənistan komandasını darmadağınla məğlub edib


Digərləri 13 Sen 2018 02:01:00 251 0

Gömrükçülərimiz Ermənistan komandasını darmadağınla məğlub edib

Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub.

Bakı. Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü bu gün Ermənistan komandası ilə baş tutub. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib. Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib. Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.