Məşhur tibbi klinikanı öz əməkdaşı yardı


Kriminal 12 Sen 2018 23:31:00 264 0

Məşhur tibbi klinikanı öz əməkdaşı yardı

Nəsimi Rayon Məhkəməsində tibbi klinikadan oğurluq edən şəxsin məhkəməsi başlayıb.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin oğurluq maddəsi ilə təqsirləndirilən Süleymanov Pərvin Mövlüd oğlunun məhkəmə prosesinə hakim Elman İsayev sədrlik edəcək. 

İttiham aktına görə, "Avrasiya" Hospitalında elektrik vəzifəsində işləyən Pərvin Süleymanov mütəmadi olaraq elektrik avadanlıqları və işıq generatorunu oğurlayaraq satıb. Ancaq bundan hospitalın rəhbərliyi xəbər tutmayıb. Bir müddətdən sonra isə əvvəllər məhkum olunmuş P. Süleymanov başqa bir oğurluğa əl atıb.