Qadın beşinci mərtəbədən yıxılıb


Digərləri 12 Sen 2018 23:36:00 260 0

Qadın beşinci mərtəbədən yıxılıb

Gəncə şəhərində qadın bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Son.az "report"-a istinadən bildirir ki, 1983-cü il təvəllüdlü yerli sakin Əliyeva Turan Yadigar qızı yaşadığı 4-cü mikrorayon ərazisindəki binanın 5-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılıb.

Nəticədə ağır xəsarət alan qadın Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Yaxınları hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirsələr də, dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.