Avropa Komissiyası saatların mövsümi çəkilməsindən imtina etməyə çağırır


Digərləri 12 Sen 2018 23:29:00 249 0

Avropa Komissiyası saatların mövsümi çəkilməsindən imtina etməyə çağırır

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker sentyabrın 12-də Avropa Parlamentinə müraciətində mövsümlə bağlı saatların irəli-geri çəkilməsi praktikasından imtina olunması barədə təklif irəli sürüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Saatların çəkilməsi praktikası ləğv edilməlidir. Avropa İttifaqına üzv ölkələr vətəndaşların yay və ya qış vaxtı ilə yaşamasına özləri qərar verməlidir. Mən Avropa Parlamenti və Avropa İttifaqı Şurasının bu fikirlə razılaşacağını və daxili bazarımız üçün həll yolu tapacağını gözləyirəm", - Jan-Klod Yunker belə deyib.