Qidanın miqdarı deyil, qəbul saatı daha vacibdir


Digərləri 12 Sen 2018 22:50:00 268 0

Qidanın miqdarı deyil, qəbul saatı daha vacibdir

Yuxu bioritminin pozulması və ya düzgün qidalanmama əvvəllər alimlərin hesab etdiyi kimi orqanizm üçün bir o qədər də təhlükəli deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-ın Solka Bioloji Tədqiqatlar İnstitutunun alimləri bu qənaətə gəliblər.

Mütəxəssislər bildiriblər ki, insan və heyvan orqanizmində özünün "bioloji saatı" ilə çalışan genlər var. Bu genlərdən bəziləri gündüz, bəziləri isə gecə işə düşür. Birincilər həzmə cavabdeh, ikincilər isə yara sağaldıcı keyfiyyətə malikdirlər. İndiyədək hesab olunurdu ki, gündəlik bu tsikl pozulduqda orqanizmin metabolizm prosesində də müəyyən dəyişikliklər baş verir. Lakin, alimlər sübut ediblər ki, rejim dəyişikliyi səbəbindən meydana çıxan bu pozuntuların fəsadları orqanizm tərəfindən on saat ərzində aradan qaldırılır.