Ərəb bloger Azərbaycanı niyə ləkələməyə çalışır? VİDEO


Digərləri 12 Sen 2018 22:20:00 213 0

Ərəb bloger Azərbaycanı niyə ləkələməyə çalışır?  VİDEO

İraqlı bloger Ali Athabın Bakıda ərəb turistlərin necə əyləndikləri barədə çəkdiyi filmdə Azərbaycanda 8 min ərəb turistin ''QİCS'' xəstəliyinə yoluxması ilə bağlı iddialar irəli sürüb. Son.az bildirir ki, filmin hazırlanmasında iştrak edən bələdçi qadın iddia edir ki, Azərbaycana ailəsi ilə gələn ərəb turistlər istarahət edirlər, dostları ilə gələnlər isə yeyib içib eyş-işrətlə məşğul olurlar.

Qeyd edək ki, Ali Athab təkcə bloger deyil, o, həmçinin İraqın ''Alforat TV'' peyk kanalının əməkdaşıdır. Onun Azərbaycanda ərəb turistlərlə bağlı araşdırması 1 saatlıq filmdən ibarətdir. Həmin film peyk üzərindən yayılıb. ''Alforat TV'' kanalının sahibi İraqın Ali İslami Şurasıdır. Bu, İraqda şiələrin islamçı siyasi partiyasıdır və 1982-ci ildə Ayətullah Məhəmməd Baqir əl-Hakim tərəfindən qurulub.

Qeyd edək ki, gecə klubları dünyanın bütün inkişaf etmiş meqapolislərində fəaliyyət göstərir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov deyir ki, minlərlə ərəbin Bakıda bu virusa yoluxması haqda deyilənləri uydurmadır. Şöbə rəhbərinin sözlərinə görə, ölkəyə gələn turistlərin nə qədərinin bu virusa yoluxduğunu müəyyən etmək hansısa jurnalistin işi ola bilməz.onun sözlərinə görə, Azərbaycanda 6 ay ərzində 8 nəfər əcnəbi vətəndaşda QİÇS xəstəliyinin aşkar edilib