Gömrükdəki islahatlar Səfər Mehdiyev hesabat verdi VİDEO


Digərləri 12 Sen 2018 22:26:00 381 0

Gömrükdəki islahatlar  Səfər Mehdiyev hesabat verdi  VİDEO

Hər ay Azərbaycandakı gömrük keçid məntəqlərindən 1 milyon 500 mindən çox insan keçir. Son.az bildirir ki, məntəqələrdə yaşanan sıxlığı azaltmaq üçün yeni layihələr hazırlanır və struktur dəyişikliyi ediləcək. Artıq bununla bağlıdövlət tərəfindən maliyyə vəsaitidə ayrılıb. Bütün bu məlumatlar Dövlət Gömrük Komitəsinin "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr" mövzusunda keçirilən mətbuat konfransında verilib.

Komitə sədri Səfər Mehdiyev bildirib ki,''Sınıq Körpü'' sərhəd keçid məntəqəsində yük maşınlarınınsıxlığının aradan qaldırılması üçün tikilən Ticarətin Asanlaşdırlması Mərkəzibu ay ərzində istifadəyə veriləcək.

Bununla yanaşı gömrük keçid məntəqlərində 8 ay ərzində 1 tondan çox narkotik vasitədə saxlanılıb ki, bununda əsas hissəsi ölkəyə Cənub istiqamətindən gətirilməyə çalışılıb. Mətbuat konfransında o da bildirildi ki, bu il ərzində korrupsiya halları ilə bağlı komitənin 4 əməkdaşı 5 fakt üzrə cinayət məsuliyyətinə cəlb edilib.İşində yol verdiyikləri nöqsanlara görə 9 nəfər işdən, 4 nəfər tutduğu vəzifədən azad edilib, 47 nəfərə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilib və bununla ümumilikdə 228 nəfər tənbeh və intizam məsuliyyətinə cəlb edilib.