Lamiyənin cinayət əməlləri TƏFƏRRÜAT


Kriminal 12 Sen 2018 22:29:00 398 0

Lamiyənin cinayət əməlləri  TƏFƏRRÜAT

Nəsimi Rayon Məhkəməsində 32 yaşlı narkobaron qızın həbs müddətinin uzadılmaqı məsələsinə baxılacaq.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, cinayət məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı) maddəsi ilə təqsirli bilinərək həbs olunan 32 yaşlı Quliyeva Lamiyə Nizam qızının məhkəmə baxışı keçiriləcək. 

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Kubinka" adlanan yerdə 30 ildən artıqdır yaşayan ailənin narkotik kartelinə əl qoyublar. 

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar - 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, "kokos" (kokain), metamfetamin, "spays" qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar. "Kubinka"nın hər bir sakini bacıların nə işlə məşğul olduğunu bilib. Lakin bu bacı qruplaşmasını zərərsizləşdirmək elə də asan olmayıb.

Burada hamı onları "Damdayatan Nizam"ın qızları çağırırlar. Onların atası Nizam Quliyev də keçmişdə narkotik alverçisi olub və hazırda həyatda deyil. Narkotik alveri peşəsi bu qızlara babalarından qalıb. Nizam Quliyevin atası da məşhur narkotacir imiş. Nizam Quliyev narkotikləri satmaqla yanaşı, həm də onu qəbul edirmiş. Narkotikləri qəbul edəndən sonra o, yay aylarında sərin olan dama yatmağa gedirmiş. Elə "Damdayatan" ləqəbi də burdan yaranıb.