İspaniyada nazir saxta diplom işinə görə istefa verdi


Dünya 12 Sen 2018 22:11:00 254 0

İspaniyada nazir saxta diplom işinə görə istefa verdi

İspaniyanın səhiyyə naziri Karmen Monton istefa verib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, buna səbəb kral Xuan Karlos adına universitetdə diplom işi ilə bağlı qalmaqal olub.

Televiziyada çıxış edən Monton bəyan edib ki, baş nazir Pedro Sançesi istefası ilə bağlı xəbərdar edib. Bundan əlavə isə nazir bildirib ki, təhsili tam şəffaf olub və sübutları təqdim etməyə söz verib.