Yıxıldığınızı hiss edən saat təcili tibbi yardım çağıracaq


Digərləri 12 Sen 2018 22:02:00 313 0

Yıxıldığınızı hiss edən saat təcili tibbi yardım çağıracaq

Hazırda Kaliforniyada Steve Jobs Theatre-da yeni "Apple" məhsullarının təqdimatı keçirilir.

Son.az The Verge-ə istinadla xəbər verir ki, təqdimatın açılışını "Apple"nin baş direktoru Tim Kuk edib.

Əvvəlcə "Apple" mağazaları barədə danışan Tim Kuk bildirib ki, bu vaxta qədər 2 milyarddan çox məhsul ixrac ediblər.

Daha sonra iWatch-ın 4-cü seriyası təqdim olunub. iWatch barədə qısa videoçarx yayımlanıb və qeyd olunub ki, ekranı əvvəlkinə nisbətədə daha böyükdür.


Xəbərə aid fotolar