Keçmiş məhkum narkotik vasitə ilə saxlanılıb


Kriminal 12 Sen 2018 21:50:00 193 0

Keçmiş məhkum narkotik vasitə ilə saxlanılıb

Balakən rayonunda keçmiş məhkumdan narkotik vasitə götürülüb.

Son.az "report"-a istinadən bildirir ki, Balakən rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində əvvəllər narkotik vasitələrin alqı-satqısına görə məhkumluq həyatı yaşamış, Balakən şəhər sakini Sərxan Nadir oğlu Mirzəyev şəhər ərazisində şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış zamanı 60 qrama yaxın narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb.