Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü


Digərləri 12 Sen 2018 21:35:00 250 0

Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü

Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib.

Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.

O, dərhal meyiti 3 saylı Şəhər Kliniki Xəstəxanasına təhvil verib.

Polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib və meyit müayinə edilmək üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Hələlik meyitin şəxsiyyəti müəyyən edilməyib.