Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü


Digərləri 12 Sen 2018 21:07:15 218 0

Bakıda tüfeyli həyat tərzi keçirən kişi küçədə öldü

Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb.

Bakı. Samir Əli - Bakıda küçədə tüfeyli həyat tərzi keçirən şəxsin meyiti tapılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Xəstəxanayanı küçəsində baş verib. Xəstəxanayanı küçəsi, ev 17-də yarımtikili evdə yaşayan 1969-cu il təvəllüdlü Cəfərov Bahadur Abbas oğlu yaşadığı evin yaxınlığında şəxsiyyəti məlum olmayan 50-55 yaşlı tüfeyli həyat tərzi keçirən naməlum kişi meyiti tapıb.