Saatlıda yol infrastrukturu yaxşılaşdırılır (FOTO)


Digərləri 12 Sen 2018 20:15:00 435 0

Saatlıda yol infrastrukturu yaxşılaşdırılır (FOTO)

Bu gün Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin sakinləri həmin kəndləri Saatlı rayon mərkəzi ilə birləşdirən yeni asflatlanmış yol layihələrinin başa çatmasını qeyd ediblər.

Bakı. Bu gün Saatlı rayonunun Varxan və Əlisoltanlı kəndlərinin sakinləri həmin kəndləri Saatlı rayon mərkəzi ilə birləşdirən yeni asflatlanmış yol layihələrinin başa çatmasını qeyd ediblər. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, USAID-in missiya direktoru Caydev Sinqx, İqtisadiyyat Nazirliyi, icra hakimiyyəti və bәlәdiyyә nümayәndәlәri açılış tədbirində iştirak ediblər. Yollar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və İqtisadiyyat nazirliyi arasında kəndlərdə infrastrukturun yaxşılaşdırılmasına yönəlik əməkdaşlıq çərçivəsində bərpə olunub. Yenicə asfaltlanmış yollar Saatlı rayon mərkəzinə gediş-gəliş vaxtını və xərcini xeyli azaldacaq, məktəbə davamiyyəti artıracaq, habelə fövqəladə hallarda cavab tədbirləri üçün imkanları yaxşılaşdıracaq.